Milyarder oğluna 100 milyonluq toy etdi Fotolar

09.09.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milyarder və Kabardin-Balkar Respublikasının keçmiş rəhbəri Arsen Kanokovun 24 yaşlı oğlu Albert sevgilisi Liliya ilə evlənib.

Axşam.az “Starhit”ə istinadən xəbər verir ki, toy mərasimi Nalçikdə keçirilib. Tədbirdə 600-dən çox qonaq iştirak edib, toyun ümumi xərcinin isə 100 milyon rubldan (2 milyon manata yaxın) çox olduğu bildirilir. 

Mərasim üçün təxminən 2 min kvadratmetr sahəsi olan “Ridada” rezidensiyası icarəyə götürülüb. Rezidensiyanın bir günlük icarə haqqının təxminən 100 min rubl olduğu qeyd edilir. Toy üçün rezidensiyanın yaxınlığında əlavə çadır da qurulub.

Qonaqlar üçün məşhur sənətçilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Onların arasında Nəvai, Anna Asti də yer alıb. Sosial şəbəkələrdə ən çox diqqət çəkən məqamlardan biri isə canlı güllərdən hazırlanmış dekorasiyalar olub. Hətta yeni evlənənlərin keçdiyi 40 metrlik yol belə canlı güllərlə bəzədilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью