Milyarder okeanda 1000 il davam gətirəcək üzən şəhər tikmək istəyir

25.11.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ-li milyarder, "Oculus" şirkətinin qurucusu Palmer Laki beynəlxalq sularda, ABŞ sahillərinin yaxınlığında nəhəng üzən platforma inşa etməyi planlaşdırır. SLAB adlandırılan layihənin sənaye və kommersiya fəaliyyəti üçün nəzərdə tutulduğu bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Adevarul" nəşri məlumat yayıb.

Layihə çərçivəsində metal emalı, elmi tədqiqatlar, tibbi prosedurlar, suyun duzsuzlaşdırılması, neft emalı və kimya sənayesi kimi sahələrin inkişafı nəzərdə tutulur.

Palmer Lakinin sözlərinə görə, məqsəd torpaq sahələrinin alınmasından daha ucuz başa gələcək infrastruktur yaratmaq və sənaye müəssisələrini dövlət və yerli hakimiyyət orqanlarının tətbiq etdiyi bəzi məhdudiyyətlərdən kənarda yerləşdirməkdir. Milyarder bu təşəbbüsü ABŞ sənayesinin inkişafına mane olduğunu düşündüyü köhnəlmiş qaydalara alternativ kimi təqdim edir.

Layihənin ən diqqətçəkən məqamlarından biri isə platformanın nəzərdə tutulan istismar müddətidir. Lakinin iddiasına görə, SLAB 1000 ilədək istifadə üçün layihələndiriləcək.

Bununla belə, belə bir qurğunun açıq okeanda fəaliyyət göstərməsi ciddi texniki problemlər yarada bilər. Xüsusilə duzlu suyun konstruksiyaya uzunmüddətli təsiri, avadanlıqların texniki xidməti və sənaye fəaliyyəti üçün zəruri logistikanın təşkili əsas çətinliklər sırasındadır.

Milyarder layihədə əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirsə də, onun həyata keçirilməsinə hələ vaxt lazım olduğunu etiraf edib. İndiyədək tikintinin başlanma tarixi, platformanın dəqiq yeri və texniki göstəriciləri açıqlanmayıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью