Milyarder terrorçunu tərksilah edənə 100 min dollar verib

15.12.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı milyarder Bill Ekman Sidneydə terrorçulardan birini zərərsizləşdirən Açmana 100 min dollar bağışlayıb.

Reyting.az xəbər verir ki, bu barədə “Bloobmerg” məlumat yayıb.

Məlumata görə, o, internet platformasında xilaskara dəstək səhifəsi yaradıb. Ümumilikdə 170 min dollardan çox pul toplanıb ki, o, bunun 100 min dollarını Açmana verib.

Xatırladaq ki, Açman terrorçuların birinin əlindən ov tüfəngini alıb.

Qeyd edək ki, dünən Avstraliyadakı çimərlikdə keçirilən Hanuka bayramı zamanı terrorçular dinc insanları gülləbaran ediblər. Nəticədə 15 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью