Milyarderin qızı atasını məhkəməyə verdi SƏBƏB

27.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Hindistanın milyarderlərindən biri olan Venu Şrinivasının qızı Lakşmi Venu ailə əmlakının bölüşdürülməsi ilə bağlı atasına qarşı məhkəmə iddiası qaldırıb.

Modern.az xəbər verir ki, bu barədə “RBC” məlumat yayıb.

“Forbes” jurnalının qiymətləndirməsinə görə, sərvəti 8,2 milyard dollar olan Venu Şrinivasan Hindistanın iri sənaye qruplarından biri olan TVS Group-un rəhbəridir.

Məsələ burasındadır ki, milyarder öz ailə mülkünün cəmi 5 faizini qızına, 95 faizi ni isə oğluna vermək istəyir.
Onun qıızı Lakşmi isə qardaşı Sudarşanla ailə əmlakından bərabər pay almaq istədiyini bildirib.
Lakşmi Madras Ali Məhkəməsinə müraciət edərək ailə biznesi ilə əlaqəli əmlakın bölüşdürülməsini və ailənin sahib olduğu aktivlər barədə məlumatların açıqlanmasını tələb edib.

Məlumata görə, ailə üzvləri biznesin bölüşdürülməsi ilə bağlı daha əvvəl də razılığa gəlməyə çalışıblar.

2024-cü ildə isə Venu Şrinivasan, həyat yoldaşı Mallika və iki övladı ayrıca anlaşma memorandumu imzalayıblar. Lakin Lakşmi hesab edir ki, həmin razılaşmalarda onun və qardaşının ailə əmlakından alacağı paylar dəqiq müəyyən edilməyib. Atası isə bu məsələnin artıq həll olunduğunu düşünür.

Vəkilin sözlərinə görə, Lakşmi təxminən il yarım ərzində valideynləri ilə razılığa gəlməyə çalışıb. O, 2026-cı il noyabrın 16-da atasına əmlakın bölüşdürülməsi ilə bağlı rəsmi tələb göndərib. Lakin tərəflər razılığa gələ bilməyiblər.

Bununla belə, milyarderin qızı mübahisənin məhkəmədən kənar həll edilməsi ehtimalını da istisna etmir.

Qeyd edək ki, 1911-ci ildə əsası qoyulan TVS Group hazırda 50-dən çox şirkəti birləşdirir. Qrup avtomobil və motosiklet istehsalı, avtomobil komponentləri, logistika, maliyyə və sığorta xidmətləri kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью