Icma.az, Olke.az saytına istinadən bildirir. "Apple" şirkətinin qurucusu Stiv Cobsun kiçik qızı Yeva Cobs britaniyalı jokey Harri Çarlzla to
Məclis avqust ayına planlaşdırılıb və Böyük Britaniyanın mənzərəli Kotsvolds bölgəsində keçiriləcək.
Ölkə.az publika.az-a istinadən xəbər verir ki, tədbir artıq “ilin cəmiyyət toyu” adlandırılır.
Mərasimdə şahzadə Beatris və onun əri Edoardo Mapelli Mozzi, eləcə də gəlinin anası Lorin Pauell Cobs ilə uzun illər dostluq edən ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris də daxil olmaqla bir çox məşhur qonaqların iştirakı gözlənilir.
Model və atçılıqla məşğul olan Yevanın özü də dünya elitasının nümayəndələri ilə yaxından əlaqə saxlayır - onun dostları arasında Bill Qeytsin qızları Cennifer və Fibi Qeyts də var.
Mərasimdə Yevanın böyük qardaşı və bacısı, 33 yaşlı Rid və 29 yaşlı Erin Cobs da iştirak edəcək.
Lakin onların ögey bacısı, 47 yaşlı Liza Brennan Cobsun iştirakı hələ də sual altındadır.
Yeva Cobs və Harri Çarlzın romantik münasibətləri medianın diqqət mərkəzindədir.