Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq. Nigahına heç kim gəlmədi. İlk evliliyi 4 gün davam etdi.
Anası bu evlilikdən xəbər tutanda yataq xəstəsi oldu... Söhbət türkiyəli məşhur aktrisa Oya Aydoğandan gedir.
Oya Aydoğanın da bir çox məşhurlar kimi şəxi həyatı ilə uzun illər müzakirələr yaradıb.
BAKU.WS xəbər verir ki, aktrisanın türkiyəli milyarderlə olan ilk evliliyi cəmi dörd gün davam edib.
Onun baş rolunu Müslüm Gürsəslə birgə paylaşdığı "Üsyankar" filminin bir səhnəsi avtobus firması olan "Ulusoy"un ərazisində çəkilib.
"Ulusoy Holdinq"in rəhbərlərindən biri olan Haluk Ulusoy da çəkiliş zamanı orada olub. O, Oya Aydoğana vurulub.
Hakan başqa bir aktrisa Suzan Avcı vasitəsilə Oya ilə tanış olub. Daha sonra Haluk Ulusoy ona evlilik təklifi edib.
Lakin aktrisanın anası Güldanə bu evliliyə qarşı olub. Bu səbəbdən cütlük tanış olduqdan bir ay sonra gizli evlənib.