Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq. Dünyaca tanınmış təhlükəsizlik mütəxəssisləri mümkün qlobal nüvə müharibəsi halında yalnız
Onların sözlərinə görə, belə bir ssenaridə ilk 72 dəqiqədə dünya əhalisinin 60 faizi, yəni təxminən 5 milyard insan həyatını itirə bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı araşdırmaçı jurnalist Annie Jacobsen bu mövzunu son kitabı – “Nuclear War: A Scenario” (Nüvə Müharibəsi: Bir Ssenari) əsərində geniş şəkildə analiz edib.
Jacobsen bildirib ki, kitab dərc olunandan sonra bir sıra milyarderlər Yeni Zelandiyada gizli yeraltı sığınacaqlar inşa etdirməyə başlayıblar.
Onun sözlərinə görə, “Onların ilk reaksiyası "İnsanlığı necə xilas edərik?" yox, "Yeni Zelandiyada nə qədər tez çata bilərəm?" oldu”.
Niyə məhz Yeni Zelandiya və Avstraliya? Jacobsen qeyd edir ki, nüvə silahlarından istifadə olunacağı təqdirdə dünya “nüvə qışı”na daxil olac
Bu isə qlobal kənd təsərrüfatının çökməsi, ərzaq zəncirinin dayanması, kütləvi aclıq və miqrasiya dalğaları ilə nəticələnəcək.
Lakin bəzi ərazilər bu ssenaridə nisbətən yaşanılabilir qala bilər: “Avstraliyanın müəyyən hissələri və Yeni Zelandiyada hələ də kənd təsərrüfatını davam etdirə biləcək bölgələr sırasındadır.