Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar prosesini şərh edərkən deyib. "Müharibə bitən kimi benzinin qiyməti düşəcək və düşünürəm ki, bu, çox tezliklə baş verəcək. Düşünmürəm ki, İran daha çox davam gətirə bilər", - Tramp qeyd edib.
Müqavilənin nə vaxt imzalanacağı ilə bağlı sualı cavablandıran Tramp deyib ki, işlər çox yaxşı gedir: “Mən danışıqlarda iştirak edirəm. Düşünürəm ki, biz kifayət qədər yaxşı iş görürük. Razılaşma tezliklə baş tuta bilər".
Hörmüz boğazı ilə bağlı məsələyə aydınlıq gətirən Tramp deyib ki, hələlik Tehranla bu məsələdə tam razılığa gələ bilməmişik, lakin proses davam edir.
Mürtəza