Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qızıl külçələri daşıyan zirehli maşın təkər partlaması nəticəsində aşıb. Avtomobildəki üç nəfər yaralanıb, hər biri bir kiloqram olan 11 qızıl külçə isə yoxa çıxıb.
Reyting.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində qeydə alınıb.
Məlumata görə, qızıl Bursanın Kestel rayonundakı emalatxanadan ətraf əyalətlərdəki zərgərlərə paylamaq üçün daşınırmış.
Məlumatdan sonra hadisə yerinə polis və tibbi qruplar göndərilib.
İlkin yardımdan sonra yaralılar əlavə müalicə üçün təcili yardımla xəstəxanalara aparılıblar.
Qəzadan sonra zirehli maşının müayinəsi zamanı daşınan qızıl külçələrdən 11-nin yoxa çıxdığı aşkar edilib.
Polis qrupları ərazidə genişmiqyaslı axtarışa başlayıblar. Polislər yol kənarında və ətraf ərazilərdə detektorlarla axtarış apararkən şirkət rəsmiləri itmiş qızıl külçələrin seriya nömrələrini paylaşıb və zərgərlərdən kömək istəyiblər.
V. QULİYEV