Milyonçu almaz tozu ilə boyanmış avtomobil aldı FOTO

31.01.2025

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dubaylı milyoner almaz tozu ilə boyanmış avtomobil alıb.

Sfera.az bildirir ki, “G-Falcon” adı ilə buraxılmış Mercedes-AMG G 63 avtomobili məhdud buraxılışlı fərdi avtomobillər üzrə ixtisaslaşmış Polşa şirkəti “Carlex Designs” tərəfindən hazırlanıb.

Qiyməti 2,6 milyon dollar olan avtomobilin boyasını hazırlamaq üçün təxminən 2.2 kq almaz tozundan istifadə olunub. 

G 63 4,0 litrlik tvin-turbo V8 mühərrik və 570 at gücünə sahibdir. SUV 102 km/saat sürətə dörd saniyədə çata bilir.

“G-Falcon”un milyoner sahibinin adı isə gizli saxlanılır.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью