Milyonlar qazanan cəmi 3 5 aktyor var

08.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Türkiyəli aktrisa Burcu Biricik televiziya sektorunda yaşanan reklam böhranı və aktyorların qazancı ilə bağlı müzakirələrə münasibət bildirib.

Axşam.az xəbər verir ki, aktrisa aktyorların deyildiyi kimi yüksək qonorarlar almadığını deyib:

"Aktyorların yalnız milyonlar qazanırmış kimi təqdim olunur. İnanın, milyonlar qazanan cəmi 3-5 aktyor var. Qalan hər kəs dolanışığını təmin etmək dərdindədir. Buna görə də aktyorların qonorarından kəsiləcək pullarla bu sektoru xilas etmək mümkün deyil.

Məncə, bu sistemdə ciddi və köklü dəyişikliklərə ehtiyac var. Bunun üçün prodüserlər və televiziya kanalları radikal addımlar atmalıdır”.

Qeyd edək ki, Türkiyə televiziya sektorunda reklam gəlirlərinin azalması səbəbindən iqtisadi böhran yaşanır. Bu vəziyyətin ardından prodüserlərin aktyorlardan qonorarlarında endirim etmələrini istədiyi bildirilir. Həçşinin bu səbəbdən bir çox  ekran işi final edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью