Icma.az bildirir, Kulis.az portalına istinadən.
Russo qardaşlarının müəllifi olduğu “Avengers: Doomsday” filminin nümayişi ərəfəsində gözlənilən həyəcan getdikcə artır.
Kulis.az xəbər verir ki, "Marvel"in bir çox məşhur personajını yenidən görəcəyimiz layihədə Çenninq Teytum da olacaq.
Məşhur aktyor ekran əsərində “Deadpool&Wolverine” filmində canlandırdığı Qambit obrazını ifa edəcək.
Cimmi Fellonun verilişinə qonaq olan Teytum ssenarini oxuduqdan sonra heyrətə gəldiyini bildirib.
Robert Dauni isə bu dəfə Dəmir adam deyil, Doktor Dum rolunu ifa edəcək.
Qeyd edək ki, film 18 dekabr 2026-cı ildə nümayiş olunacaq.
Xalq artisti Hacı Murad Yagizarovla vida mərasimi keçirilir Ukraynada həbs olundu, dəlixanada yatdı, təqaüd istəyi rədd edildi - Bu gün vəfat edən Əlisəmid Kür haqqında maraqlı faktlar Myanmada zəlzələdən sonra qədim abidə üzə çıxıb