Icma.az, Olke.az portalına istinadən məlumat verir.
ABŞ-nin Los-Anceles şəhərində 7 yanvar tarixində baş verən yanğın nəticəsində aktrisa Beren Saat və müğənni Kenan Doğuluya məxsus, dəyəri 2,5 milyon dollar olan evin tamamilə yanaraq istifadəyə yararsız hala düşdüyü məlum olub.
Ölkə.az xəbər verir ki, hadisə nəticəsində cütlüyün milyonlarla dollar dəyərində şəxsi əmlakı külə dönüb.
Məlumata görə, cütlük Los-Ancelesdəki yanğında 1 milyon dollar dəyərində musiqi studiyasını, xüsusi səs yazıları və şəxsi arxiv materiallarını, auksionlardan toplanmış 15 xüsusi istehsal gitarı, Beren Saatin gəlinliyini, toy arxivini, illər ərzində topladıqları təxminən 50 tablo və heykəli, həmçinin 2,5 milyon dollar dəyərindəki yaşayış evini itirib.
Həmidə İbrahimova