“Milyonlarla insan kosmosda yaşayacaq” Ceff Bezos

07.10.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

"Qarşıdakı onilliklərdə milyonlarla insan kosmosda yaşayacaq".

Metbuat.az "Financial Times"ə istinadən xəbər verir ki, bu sözləri "Amazon"un qurucusu Ceff Bezos İtaliyanın Turin şəhərində keçirilən "Italian Tech Week" tədbirində çıxışı zaman deyib.

Həm də "Blue Origin" şirkətinin də qurucusu olan Bezos insanların kosmosda yaşamasının əsasən öz seçimləri olacağını bildirib. O həmçinin qeyd edib ki, gələcəkdə ağır işləri robotlar görəcək, böyük süni intellekt məlumat mərkəzləri isə kosmosda yerləşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью