Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Milyonlarla Ayfon istifadəçisi potensial kibertəhlükə ilə bağlı xəbərdar edilib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance”, bəzi iOS versiyalarında aşkar edilən təhlükəsizlik boşluğunun istifadəçilərin şəxsi məlumatlarını və kriptovalyuta cüzdanlarını risk altına sala biləcəyini açıqlayıb.
Şirkətin məlumatına görə, “worse_query” adlandırılan təhlükəsizlik boşluğu iOS 26 və iOS 27 əməliyyat sistemlərindən istifadə edən cihazlara təsir edə bilər. Bu zəiflik zərərli tətbiqlərə eyni telefonda quraşdırılmış digər proqramların saxladığı həssas məlumatlara gizli şəkildə daxil olmaq imkanı yarada bilər.
“Binance” istifadəçilərə “App Store” mağazasından kənar mənbələrdən yüklədikləri tətbiqləri dərhal silməyi və cihazlarının proqram təminatını yeniləməyi tövsiyə edib.
Xatırladaq ki, bu xəbərdarlıq “Binance” şirkətinin Şimali Koreya ilə əlaqəli kiberhücum nəticəsində milyardlarla dollar itkiyə məruz qaldığını açıqlamasından sonra gündəmə gəlib. Bununla belə, şirkət yeni aşkar edilən təhlükəsizlik boşluğunun həmin hücumla əlaqəli olmadığını xüsusi vurğulayıb.