Milyonlarla pul istehsal etdilər: Çoxu anbarda qaldı

29.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Braziliyada pandemiya dövründə böyük ümidlərlə dövriyyəyə buraxılan 200 real nominalında əskinasların yarıdan çoxu hələ də istifadə olunmur.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, 2020-ci ildə Braziliya Mərkəzi Bankı tərəfindən 450 milyon ədəd 200 real nominalında əskinas çap edilib. Onların uzunluğu bir-birinə əlavə edildikdə 63 900 kilometrə çatır ki, bu da Yer kürəsinin çevrəsindən 1,5 dəfədən çoxdur.

Lakin 2026-cı ilin iyun ayına olan məlumata görə, çap edilən əskinasların yalnız 184,9 milyonu dövriyyədədir. Qalan 265,1 milyon ədəd isə Mərkəzi Bankın anbarlarında saxlanılır.

Buna əsas səbəblərdən biri 2020-ci ilin noyabrında istifadəyə verilən sürətli rəqəmsal ödəniş sistemi "Pix"in geniş yayılmasıdır.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью