Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi VİDEO

21.10.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyalı bloqer istədiyi kurtkanı hazırlatmaq üçün qeyri-adi addım atıb. O, avtomobil istehsalçısı “Bugatti”nin salonunda istifadə olunan xüsusi dəridən gödəkcə tikdirmək istəyib.

Avtosfer.az xəbər verir ki, şirkət bu sifarişdən imtina etdikdən sonra isə bloqer milyonlarla dollar dəyərində olan “Bugatti Veyron” avtomobili alaraq onu sökməyə başlayıb.

Bloqer əvvəlcə avtomobilin oturacaqlarındakı dərini söküb, daha sonra sükanın üzərindəki dəri örtüyü də çıxarıb. Məqsəd əldə etdiyi materialdan özünə xüsusi gödəkcə hazırlatmaq olub.

O, avtomobildən çıxarılan dəri materialları ustalara təqdim edərək sifarişini həyata keçirmək üçün işə başlayıb.

Bloqerin bu addımı sosial şəbəkələrdə maraq doğurub. Adi bir geyim sifarişinin milyonlarla dollar dəyərində avtomobilin sökülməsi ilə nəticələnməsi hadisəni diqqətçəkən edib.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228068.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью