Milyonluq lotereya biletini zibil yığanlar tapdı

07.08.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İtaliyada 1 milyon avro dəyərində lotereya biletini səhvən zibilə atan qadın zibil işçilərinin köməyi sayəsində böyük uduşuna qovuşub.

"Cebheinfo.az" xəbər verir ki, Puliya bölgəsində yaşayan qadın lotereya biletini satış məntəqəsində yoxlatdırarkən aparat “ödənilə bilməz” xəbərdarlığı verib. O, bu xəbərdarlığın uduşun yüksək məbləği ilə bağlı olduğunu anlamayıb və bileti zibil qutusuna atıb.

Evə qayıtdıqdan sonra qadın hər həftə oynadığı nömrələrin qalib gəldiyini öyrənib. Bundan sonra təşvişə düşərək biletini axtarmağa başlayıb.

Bundan sonra tullantıların idarə olunması xidmətini həyata keçirən dövlət şirkəti SANB biletin atıldığı zibil maşınını müəyyənləşdirərək onu xüsusi çeşidləmə müəssisəsinə yönləndirib.

İşçilər təhlükəli tullantıların arasında saatlarla davam edən axtarışdan sonra lotereya biletini salamat vəziyyətdə tapıblar.

Şirkətin rəhbəri Roberto Nicola Toscano bildirib ki, bilet digər kupon və kağız parçalarının arasında möcüzəvi şəkildə bütöv qalıb.

Xəbəri eşidən qadın sevincdən göz yaşlarına hakim ola bilməyib.Qadın həmçinin dövlət büdcəsinə əlavə yük yaranmaması üçün axtarış işlərinə çəkilən bütün xərcləri özü ödəməyi qəbul edib.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью