Milyonluq şirkət bank səhmdarının tərkibindən çıxıb “Pepsi”yə birləşdi

30.09.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az-ın xəbərinə görə, buna səbəb “Novara Capital” MMC-nin fəaliyyətinə xitam verilərək şirkətə qoşulması olub.

Qeyd edək ki, 2 mln 317 min manat kapitalı olan “Novara Capital” MMC bir müddət əvvəl Azərbaycanın maliyyə sektorunda fəaliyyət göstərən “Top Properties” MMC-nin tərkibindən ayrılaraq yeni şirkət kimi yaradılmışdı.

Ayrılmanın baş verdiyi “Top Properties” MMC isə “Bank Avrasiya” ASC-nin 49,5%-lik səhmdarıdır.

Xatırladaq ki, “Mars Overseas Baku LTD” 1998-ci ildə yaradılıb və 113 mln 823 min 716 manat nizamnamə kapitalı var. Şirkət Azərbaycanda “Pepsi”, “Mirında”, “Mountain Dew”, “7UP”, “Jalə”, “Zolotoy Sad” və “Natura”, “MIA”, “I’m Tea” kimi brendlərin istehsalı ilə məşğuldur.

Könül
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью