Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Bakı bulvarında Çay Festivalı keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, festivalın məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıları təşviq etmək və çayı mədəni ənənə kimi təqdim etməkdir.
Festivalda Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrə xas şirniyyatlar, Qarabağ və Şərqi Zəngəzurdan gətirilən bitki çayları nümayiş olunur. Ziyarətçilər həmçinin Çin və Özbəkistanın çay ənənələri ilə tanış ola, samovar və digər milli atributları görə bilərlər.
Festival ərazisində yaradılan çay bağı, söhbətgahlar və 6 metr hündürlüyündə armudu stəkan dekorasiyası da diqqət çəkir.
Qeyd edək ki, Çay Festivalı oktyabrın 18-dək hər gün saat 12:00-dan 23:00-dək davam edəcək. Giriş sərbəstdir.
Günəş Mərd