Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun “Min bir gecə” baleti dünya səhnələrini fəth etməkdə davam edir.
Fevralın 6 və 7-də Sankt-Peterburqdakı Mariinski Teatrı Primorsk səhnəsinin (Vladivostok) balet truppası Omanın paytaxtı Məsqət Opera Teatrının səhnəsində Fikrət Əmirovun “Min bir gecə” baletini yeni quruluşda təqdim edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ikipərdəli tamaşa zamanı əsas rolları Mariinski Teatrı Primorsk səhnəsinin solistləri Anna Samstrelova, İrina Sapojnikova, Sergey Umanets, Viktor Mulıgin ifa ediblər.
Simfonik Orkestrin rəhbəri Əməkdar artist Əyyub Quliyevdir. Aktyor heyəti tarix boyu dildən-dilə dolaşan, kitablarda yaşadılan klassik bir h
Tamaşa, ümumiyyətlə sevginin, müdrikliyin və sözün gücünü tərənnüm edir.
Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulub.
Bəstəkar Şərq melodiyalarını klassik Avropa formaları ilə uğurlu şəkildə sintez edib.