Min nəfər ukraynalı hərbçi mühasirədədir

03.12.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Hurriyyet.az xəbər verir ki, təqribən min nəfərə yaxın Ukrayna hərbçisi mühasirəyə düşüb. "Bild" nəşrinin ukraynalı əsgərə istinadla verdiyi məlumata görə, Mirnoqradda təxminən min nəfərə yaxın Ukrayna hərbçisi mühasirəyə alınıb və onların köməyə ehtiyacı var.
Onun sözlərinə görə, vəziyyət ağırdır: təchizat demək olar ki, yalnız dronlar və yerüstü robotlar vasitəsilə gəlir, ərzaq çatdırılması da çətindir. Rusiya qüvvələri dar logistika keçidinə nəzarət edir və bu da rotasiya zamanı yaxın məsafəli döyüşlərə səbəb olur. 
Əsgərlər ya qüvvələrin geri çəkilməsini, ya da təhlükəsiz dəhliz yaradılmasını istəyirlər: "Bu lənətə gəlmiş təchizat yoluna nəzarəti ələ keçirin". Əsgərin iddiasına görə, şəhərin müdafiəçiləri hazırda yalnız düşməni müşahidə edə bilirlər - hücum etmək üçün resursları yoxdur.
Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью