Min seçki məntəqəsində seçki prosesini veb kameralar vasitəsilə izləmək mümkün olacaq AZƏRTAC

21.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 yanvar, AZƏRTAC

Seçki prosesində aşkarlıq ən ümdə meyarlardan biridir. Ölkədə 70 minə yaxın yerli müşahidəçi bələdiyyə seçkilərini müşahidə edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 21-də keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Azərbaycanda seçki məntəqələrində veb-kameraların 2008-ci ildən tətbiq olunduğunu qeyd edən R.Qasımov bildirib ki, budəfəki bələdiyyə seçkilərində də 1000 seçki məntəqəsində qurulan veb-kameralar vasitəsilə bütün proseslər müşahidə ediləcək. Bu, aşkarlıq üçün çox mühüm vasitəyə çevrilib. Bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameraların quraşdırılması məqsədəmüvafiqdir.

MSK sədrinin müavini qeyd edib ki, veb-kameralar quraşdırılan bəzi məntəqələrdə müəyyən dəyişikliklər olub. 2024-cü il noyabrın 26-da 51 seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilib. Ümumilikdə isə 89 seçki məntəqəsinin parametrlərində dəyişiklik edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью