Mina: “Buna görə 4 dəfə saçımı keçəl qırxdılar”

17.01.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müğənni və aktrisa Mina illər öncə saçının keçəl qırxıldığını bildirib.

Milli.Az yenicag.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə "İncə səhər" verilişində danışıb.

O, saçlarını bir serial çəkilişi üçün qurban verdiyini deyib:

"Ağabəyovlar" serialı üçün bunu etdim. Dörd dəfə saçımı "maşinka" ilə keçəl qırxdılar. Başıma şal atıb gəzirdim. Dərhal məni çəkilişdən çıxarırdılar, deyirdilər, sən aktrisasan, müğənnisən, belə etmə, sən komplekssiz gəzməlisən. Bu günə qədər bu barədə heç yerdə danışmamışam". (yenicag.az)
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью