Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır!

29.01.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 yanvar, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə dair birgə maarifləndirici videoçarx hazırlayıb.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, videoçarxda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yük avtomobili (KamAZ) sürücüsünün taleyi əks olunur. Süjet xəttinə əsasən, sürücü yolda quraşdırılmış rəsmi mina xəbərdarlıq nişanlarını görməzdən gələrək təhlükəli zonaya daxil olur. Qayda pozuntusu və arxayınlıq sonda yük maşınının minaya düşərək partlaması ilə nəticələnir. Bu videoçarxın əsas hədəfi azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə cəlb olunan şəxsləri, habelə həmin ərazilərə qayıdan vətəndaşları ayıq-sayıq olmağa çağırmaqdır.

Videoçarx: https://youtu.be/E5BXPYhzIsM?si=hzD6vafzFteFm8Lm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью