Mina partlayışına görə araşdırma başladı

07.04.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Əsgər Musazadə ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью