Mina təhlükəsi “Böyük Qayıdış”a ciddi maneədir ŞƏRH | Icma.az
Icma.az bildirir, Sia Az portalına istinadən. "44 günlük Vətən müharibəsindən sonra artıq 400 nəfərdən çox Azərbaycan vətəndaşı mina terroru
Onlardan 80-nə qədəri həlak olub. Son günlərdə Cəbrayıl və Ağdərə rayonlarında da mülki şəxslər mina partlayışları nəticəsində zərər görüblə
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputati Nigar Məmmədova deyib.
Onun sözlərinə görə, bu, olduqca ciddi humanitar fəlakətdir və belə bir təhlükənin qarşısı mütləq şəkildə alınmalıdır: "Çünki mülki insanların hüquqları kobud şəkildə pozulur, günahsız və dinc insanlar həlak olur və ya ömürlük şikəst qalırlar.
Postmünaqişə dövründə dinc əhalinin mina terrorunun qurbanı olması yolverilməzdir.
Azərbaycan hökuməti keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıdışını təmin etmək məqsədilə genişmiqyaslı minatəmizləmə işləri aparır.
2021–2025-ci illər ərzində ümumilikdə 248 391,6 hektar ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib.
“Böyük Qayıdış”a dair I Dövlət Proqramının tədbirlər planına əsasən, 2026-cı ilin sonunadək 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur.
Tam oxu
Xəbəri oxu