MİNA TƏHLÜKƏSİZLİYİ İNSAN HƏYATININ QORUNMASIDIR!

23.11.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azad Meydan TV-də aparıcı-jurnalist Telman İsanın təqdimatında yayımlanan verilişdə “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslüm qızı Cəfərova ilə Xocalıya Böyük Qayıdış və işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası mövzusunda müsahibə zamanı mina təhlükəsizliyi və insanların doğma yurda psixoloji uyğunlaşması ilə bağlı fikirlərimi səsləndirdim.
Xocalıya qayıdan sakinlərin yaşadıqları faciələr, itkilər və ağır xatirələr nəzərə alınmalıdır. Onların doğma torpaqlarında təhlükəsiz yaşaması ilə yanaşı, sosial və psixoloji dəstəklə təmin olunması da vacibdir.
Mina təhlükəsi azad edilmiş ərazilərdə yaşayan və fəaliyyət göstərən insanlar üçün ciddi risk olaraq qalır. Buna görə də əhalinin maarifləndirilməsi, xüsusilə məktəblilər, kənd təsərrüfatı ilə məşğul olanlar və tikinti sahəsində çalışanlar arasında mina təhlükəsizliyi qaydalarının təbliği mühüm əhəmiyyət daşıyır.
Şübhəli əşyalara toxunmamaq, təhlükəli ərazilərə yaxınlaşmamaq və yalnız təhlükəsizliyi təmin edilmiş marşrutlardan istifadə etmək hər kəsin bilməli olduğu vacib qaydalardır.
Bu istiqamətdə QHT-lərin üzərinə böyük vəzifələr düşür. Maarifləndirici kitabçaların hazırlanması və paylanması, bölgələrdə məlumatlandırma tədbirlərinin keçirilməsi, sosial və humanitar layihələrin həyata keçirilməsi insanların təhlükəsizliyinə mühüm töhfə verə bilər.
Eyni zamanda, doğma yurda qayıdan sakinlərin sosial problemlərinin həlli, məşğulluğunun təmin olunması və psixoloji dəstəklə əhatə edilməsi Böyük Qayıdışın vacib istiqamətlərindəndir.
Hesab edirəm ki, Ağdam, Füzuli və Xocalı rayonlarında bu istiqamətlər üzrə layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. QHT-lər, media və aidiyyəti qurumlar birgə fəaliyyət göstərərək insanların təhlükəsiz və rahat həyata qayıtmasına dəstək verməlidirlər.
#MinaTəhlükəsizliyi #MinaMaarifləndirilməsi #Xocalı #Ağdam #Füzuli #QarabağaBöyükQayıdış #QHT #İnsanHəyatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью