Mina terroru 26 nəfərin ölümünə səbəb oldu

29.04.2025

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Nigeriyada mina partlayışı nəticəsində 26 nəfər həlak olub.
Nigeriyanın Borno əyalətində yolun kənarına quraşdırılmış partlayıcı qurğunun partlaması nəticəsində 26 nəfər həlak olub, yaralananlar var. Bu barədə yerli media adının çəkilməsini istəməyən hərbi nümayəndəyə istinadla məlumat yayıb.
Hərbçi məmur bildirib ki, Borno əyalətində Rann- Qamboru-Nqala magistral yolunda quraşdırılmış partlayıcı qurğu sərnişin avtobusu keçərkən işə düşüb.
Hələlik heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, bölgədə bənzər hücumların "Boko Haram" və "ISWAP" terror təşkilatları tərəfindən həyata keçirildiyi məlumdur.
Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью