Minalanmış ərazilərdəki tarixi irsimiz necə xilas edilir? Nazir detalları açıqladı

17.09.2026

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azvision.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" adlı konfransda çıxışında deyib.
Nazir bildirib ki, 30 illik erməni işğalı dövründə işğal altında olan torpaqlarımızda yerləşən tarixi-dini abidələrimizdə vandallıq aktları müşahidə olunub. İşğalçılar abidələri dağıtmaqla yanaşı, onların ayrılmaz tərkib hissəsi olan mədəni mülkiyyəti də qanunsuz olaraq ölkə ərazisindən çıxarıblar.
Adil Kərimli postmünaqişə dövründə azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı işlərə diqqət çəkib:
“Postmünaqişə dövründə həmin abidələrin bərpası istiqamətində dövlətimiz tərəfindən Qarabağda və Şərqi Zəngəzurda çox intensiv tədbirlər həyata keçirilir. Şəxsən Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə ciddi işlər görülməkdədir. Artıq bir çox tarixi-mədəni və dini abidələrimiz bərpa olunub, bu proses davamlı olaraq həyata keçirilir”.
Nazir həmçinin vurğulayıb ki, hazırda Mədəni İrsin Qorunması üzrə Dövlət Xidməti müvafiq dövlət qurumları ilə birgə minalanmış ərazilərdəki abidələrin siyahıya alınması və bərpası istiqamətində aktiv fəaliyyət göstərir.
Çıxışda mədəni irsin qorunmasının digər mühüm aspektai kimi multikulturalizm dəyərləri və qlobal çağırışlar da yer alıb:
“Azərbaycanda multikultural dəyərlər, tolerantlıq mühiti tarixi olaraq formalaşıb. Qədim dövlətçiliyimizin mahiyyətindən irəli gələn bu ənənələr cəmiyyətimizin həyat tərzinə və dövlət siyasətinə çevrilib. Azərbaycanın formalaşdırdığı bu model artıq dünyada bir nümunə kimi istifadə olunur”.
Adil Kərimli iqlim dəyişikliyinin mədəni irsə təsiri, şəhərsalma prosesində abidələrin mühafizəsi və arxeoloji tədqiqatların əhəmiyyətini də qeyd edib. O bildirib ki, mədəni irsin qorunması təkcə dövlət qurumlarının deyil, hər bir vətəndaşın və dini icmaların konstitusion öhdəliyidir.
Sonda nazir Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həm ölkə daxilində, həm də beynəlxalq miqyasda dünya mədəni irsinin bərpası üzrə mühüm layihələrin uğurla icra olunduğunu xüsusi vurğulayıb.

S.Həsənova
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью