Minalanmış tarlada gəzirəmmiş kimi keçir günlər... Seçil Oğuzdan şeir

17.04.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az türk şair Seçil Oğuzun şeirini Gülər Natiq İsaqın tərcüməsində təqdim edir.

Bəzəyib-düzədikləri bu zamana
qapı aralığından qorxulu gözlərlə baxan təkəm.

Minalanmış tarlada gəzirəmmiş kimi keçir günlər.

Nə qəribədir!

Səhər nə vaxt açılır,
axşam nə vaxt düşür;
fəsillər necə dəyişir,
onu da duymuram...

Hiss edə bilmədiyim bir dünya nəsnə...

Heç kim
hec kəsi hiss etmir artıq,
Bəlkə də bir-birimizi eyni ağrıyla dinləmədiyimizdən...

Bəlkə də hər yeni gün itən dəyərlərdən...

Bu maqnoliya ağacı da əvvəlki kimi xoşbəxt deyil...

Yazıçı Vilyam Gibson: "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür "Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью