Minalar partladı: Hörmüzdə tankerlər yanır

20.10.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının cənubunda iki neft tankerinin minalara düşdüyünü və alovlandığını bildirib.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, hadisə tankerlərin boğazdan “qanunsuz” marşrutla keçməyə cəhd göstərməsi zamanı baş verib.

İnqilab Keşikçiləri Korpusunun bəyanatında qeyd olunub ki, tankerlər əvvəllər donanma tərəfindən yerləşdirilmiş minaların partlaması nəticəsində alovlanaraq hərəkətsiz qalıblar.

Bəyanatda mina sahəsindən keçməyin “qanunsuz” olduğu vurğulanıb. Həmçinin xəbərdarlıq edilib ki, bu qaydanı pozan gəmilər “yandırılmaqdan başqa heç bir nəticə ilə üzləşməyəcəklər”.

Aytən Yaşar/Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью