Minalardan təmizlənmiş ərazilərin sahəsi açıqlandı

02.06.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) may ayı üçün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq statistikanı açıqlayıb.

ANAMA-dan Globalinfo.az-a verilən məlumata görə, azad olunan ərazilərdə cari ay ərzində 154 tank əleyhinə mina, 321 piyada əleyhinə mina, 1 991 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 7 440.2 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью