Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağdamın Sarıcalı kəndində ANAMA-nın əməkdaşı Xanım Alışova dostu Moli ilə birlikdə mina axtarır.
Bakıvaxtı.az "İctimai TV"yə istinadən xəbər verir ki, Xanım və Moli minalarla ən çox çirklənmiş torpaqlarda hər gün axtarışlar aparırlar. X.Alışova 2 ildir ki, Ağdamda xidmət edir. Bundan əvvəl Horadizdə mina axtarışları aparıb.
İlk vaxtlar Xanımın bu peşəni seçməsi təhlükəli olduğu üçün ailəsi tərəfindən narazılıqla qarşılanıb. Lakin yaxınları onu fikrindən yayındıra bilməyiblər.