Minatəmizləmə Agentliyinə yeni vəzifə həvalə edildi

27.02.2026

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Minatəmizləmə Agentliyinə yeni vəzifə həvalə edilib.

Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Minatəmizləmə Agentliyinin vəzifələri sırasına keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən minatəmizləmə fəaliyyətinə dair tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə icraçıdan pozuntunun aradan qaldırılmasını tələb etmək, buna riayət olunmadıqda icraçının minatəmizləmə fəaliyyətini dayandırmaq daxil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью