Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət ediblər

08.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti üzvləri və struktur bölmə rəhbərləri Zəfər abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Agentlik nümayəndələri Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, Qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью