Minaya düşən hərbçimiz Bakıda əməliyyat olunacaq

11.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Goranboyda minaya düşən hərbçimizdən xəbər var.

Ölkə.az-ın "Unikal"a istinadən məlumatına görə, dünən Gülüstan ərazisində ermənilər tərəfindən basdırılmış minaya düşərək sağ ayağının pəncə nahiyəsindən ağır xəsarət alan 1995-ci il təvəllüdlü Qədim İbrahimov bu gün paytaxtda yerləşən klinikalardan birində əməliyyat olunacaq.

Onun pəncəsinin amputasiya olunmasına qərar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью