Modern.az saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
Modern.az-ın məlumatına görə, minaya düşən hərbi qulluqçu Lənkəran rayon Göyşaban kəndindəndir.
O, iki ildir Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur (MAXE).
Usta ailəsində böyüyən Əsgər Musayev evin 2 uşağından böyüyüdür. Orta təhsilli hərbçimiz subay olub.
Hərbi qulluqçumuz yaxın dəqiqələrdə dəfn ediləcəyi bildirilib.