Minaya düşən şəxsin son durumu TƏBİB dən AÇIQLAMA

09.04.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində minaya düşən 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlunun son durumu məlum olub.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1 nəfərin (kişi cinsli) müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Məlumatda qeyd edilib ki, sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat olunan 1983-cü il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью