Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı nəticəsində xəsarət alan traktorçu əməliyyat olunub.
KONKRET.az xəbər verir ki, hadisə zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub.
Onun ayağından aldığı xəsarət isə əməliyyat yolu ilə bərpa edilib.
Hazırda xəstəxanada müalicəsi davam etdirilir.