Mindən çox inək bu şəhərin küçələrini zəbt edib

16.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Şimali Makedoniyanın Kriva Palanka şəhərində 1000-dən çox sahibsiz iribuynuzlu heyvan küçələrdə sərbəst dolaşır.

Bakıvaxtı.az xəbər verir ki, təxminən 19 min əhalisi olan şəhərdə heyvanlar bağlara və əkin sahələrinə ziyan vurur, avtomobillərin hərəkətinə mane olur, hətta su təchizatı üçün təhlükə yaradır.

Şəhərin meri Saşko Mitovski vəziyyətin nəzarətdən çıxdığını bildirərək hökumətdən 30 günlük fövqəladə vəziyyət elan edilməsini istəyib.

Məlumata görə, son dörd ildə heyvanların sayı təxminən 400-dən 1000-dən çoxa yüksəlib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью