Minecraft ın film versiyasından gözlənilməz uğur

21.04.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ekranlara çıxdığı üçüncü həftədən sonra "Minecraft" filminin kassa gəlirləri 720 milyon dollar həddini keçib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, populyar videooyuna əsaslanan film dünyanın bir çox ölkəsində kino nümayişlərində liderlik edir.

Hazırda Cek Blek və Ceyson Momoanın iştirakı ilə çəkilən film tarixdə ən çox gəlir gətirən videooyun adaptasiyaları siyahısında inamla ikinci yeri tutur. O yalnız "Super Mario Bros"dan (1.36 milyard dollar) geri qalır.

Analitiklər hesab edirlər ki, film hələ mayın əvvəlində 1 milyard dollarlıq həddi keçə biləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью