Mineral sazişi imzalandı Zelenski

01.05.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

Onun sözlərinə görə, sənəd artıq imzalanıb və ratifikasiya üçün Ali Radaya təqdim ediləcək.

“Biz bu razılaşmanın təsdiqlənməsində heç bir gecikmənin olmamasında maraqlıyıq”, – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, sənəd Ukrayna üçün bərabərhüquqlu şərtlərlə bağlanıb və ölkəyə ciddi investisiyalar cəlb etmək, həmçinin istehsalat sahələrini müasirləşdirmək imkanları yaradacaq.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью