“Mingəçevir” 6 futbolçusunu göndərib ADLAR

27.01.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mingəçevir” islahatlara start verib.

İdman.biz xəbər verir ki, yeni baş məşqçi Füzuli Məmmədov 6 futbolçunun xidmətində maraqlı olmayıb.

Bu səbəbdən də I Liqa təmsilçisi 6 oyunçusu ilə vidalaşıb. “Mingəçevir” Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev, Rüstəm Quluzadə, Tural Məmmədzadə və Fuad Əhmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, komanda bugünlərdə ASTA ilə yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью