Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1-сi Liqa təmsilçisi "Mingəçevir" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmində bir yoxlama oyunu ilə kifayətlənəcək.
Bu barədə Fanat.Az-a "işıqçılar"ın sözçüsü Elnur Qasımov məlumat verib:
"Bildiyiniz kimi, komanda Bakıda "Şahdağ Qusar"la sınaq oyununa (0:8) çıxıb. Artıq ikinci yoxlama görüşünün olmayacağı dəqiqləşib. MOİK-lə 4-cü turda keçiriləcək çempionat matçının hazırlıqları davam etdirilir".
Qeyd edək ki, bu yay Elman Sultanova tapşırılan "Mingəçevir" 1-ci Liqanın ilk 3 turunda 1 xal qazana bilib. Sözügedən kollektiv hazırda turnir cədvəlinin 8-ci pilləsində mövq tutub.
Nihat