Mingəçevir bu tarixdə başlayacaq

14.07.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni mövsümə Ramiz Məmmədovun rəhbərliyi altında başlayacaq "Mingəçevir"in toplanışa nə vaxş start verəcəyi bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "şəhərlilər" iyulun 20-də bir araya gələcəklər.

Hazırda heyətdə oyunçu sayı kifayət qədər olmasa da, həmin tarixə qədər komandanın formalaşdırması yönündə müəyyən addımlar atılacağı gözlənilir. Sözügedən kollektiv məşqlərə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda başlayacaq. 

Qeyd edək ki, "Mingəçevir" bu yay sabiq çalışdırıcısı Füzuli Məmmədovla yolları ayırıb. Ramiz Məmmədovun təyinatı isə bir neçə gün öncə açıqlanıb. Ona Məqsəd Yaqubəliyev, Mehman Baxışov və Elnar Kərimov kömək edəcəklər.  

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью