Mingəçevir dağılmaq təhlükəsi ilə üz üzə qalıb Borcun məbləği məlumdur

09.07.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən mövsüm 1-ci Liqada 2-ci yeri tutan Misli Premyer liqasına vəsiqə uğrunda pley-off matçında "Qəbələ"yə 0:2 hesabı ilə uduzan "Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda komandanın yalnız adı var.

Baş məşqçi Ramiz Məmmədov artıq "Karvan-Yevlax"ın "sükanı arxası"na keçibsə, futbolçuların da hamısı gedib. 

Mövsümü 220 min manat borcla qapayan "işıqçılar"ın rəhbərliyi futbolçuların və klubun əməkdaşlarının maaşlarının müəyyən hissəsini ödəməyib. Bir sözlə, sözügedən camiənin gələcəyi böyük sual altındadır.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью