Mingəçevir dən daha 4 yeni transfer ADLAR

28.01.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birinci Liqa təmsilçisi "Mingəçevir" transfer çalışmalarını davam etdirir.

Fanat.Az-a klubdan verilən məlumata görə, hazırda çıxış etdiyi çempionatda sonuncu pillədə mövqe tutan "işıqçılar" daha 4 oyunçunun transferini rəsmiləşdiriblər.

Bunlardan biri ötən il də "Mingəçevir"də olmuş Hüseyn Əliyevdir. Digər oyunçulara gəlincə, "Şəmkir"dən Rövşən Şahmuradov, "Şəfa"dan Vüqar Həsənov, eləcə də qapıçı Elməddin Məmmədov heyətə qatılıb. Sadalananların hamısı müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atıblar. 

Xatırladaq ki, daha öncə 6 futbolçusunu yola salan mərkəzi aran təmsilçisi 7 yeni transfer reallaşdırmışdı.

Mirağa 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью