Mingəçevir Dövlət Universitetində Stressin idarə edilməsi mövzusunda seminar keçirilib AZƏRTAC

27.12.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 27 dekabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyevanın təqdimatında "Stressin idarə edilməsi" mövzusunda seminar təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarın əsas məqsədi müasir həyatın tələbləri və təzyiqləri ilə effektiv şəkildə mübarizə aparmağın əhəmiyyətini vurğulamaq olub. Tədbir iştirakçılarına stressin düzgün idarə olunmasının sağlamlıq, rifah, iş məhsuldarlığı və şəxsi inkişaf baxımından faydaları haqqında geniş məlumat verilib.

Seminar zamanı həm nəzəri biliklər, həm də praktiki yanaşmalar təqdim olunub, iştirakçılar stressi azaldan üsullar və texnikalar haqqında faydalı tövsiyələr əldə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью