Mingəçevir Dövlət Universitetinin alimləri beynəlxalq elmi konfransda

02.11.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

30-31 oktyabr 2026-cı il tarixlərində  Ukraynanın Dnipro Milli Texniki Universitetində “İnsan, dil, mədəniyyət, təhsil və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

525.az xəbər verir ki, müxtəlif ölkələrin alim və tədqiqatçılarının iştirak etdiyi konfrans müasir elmin aktual problemlərinin müzakirəsi, elmi fikir mübadiləsinin genişləndirilməsi və beynəlxalq akademik əlaqələrin inkişafı baxımından əhəmiyyətli elmi platformadır.

Konfransda Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya  üzrə fəlsəfə doktoru Namaz Manafov və filologiya üzrə fəlsəfə doktoru Maarifə Manafovanın həmmüəllifliyi ilə hazırlanmış, “Dil, cəmiyyət və elmi düşüncə: dilçilik tədqiqatlarında dəyişən baxışlar”  adlı elmi məqalə təqdim olunub.

Məqalədə dilin cəmiyyətlə qarşılıqlı əlaqəsi, elmi düşüncənin formalaşmasında və inkişafında dilin rolu müasir dilçilik tədqiqatlarında baş verən nəzəri və metodoloji dəyişikliklər araşdırılır.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının qərarı və müvafiq əmri ilə filologiya üzrə fəlsəfə doktoru Maarifə Manafovaya dosent elmi adı verilib, bu barədə sənədlərin AAK-a təqdim edilməsi nəzərdə tutulub. Bu münasibətlə onu təbrik edir, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.

Beynəlxalq elmi konfransda iştirak Azərbaycan alimlərinin elmi potensialının beynəlxalq miqyasda tanıdılması, elmi əməkdaşlığın genişləndirilməsi və milli elmi nailiyyətlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Konfransın təşkilatçılarına elmi əməkdaşlığa və məqalələrimizin təqdimatına yaradılmış imkanlara görə təşəkkürümüzü bildiririk.

“TƏHSİL”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью